YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xorvatiyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayıb

Xorvatiya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü İvo Yosipoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb. 

Məktubda deyilir: “Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım. Xahiş edirəm, başsağlığımı qəbul edin. Vəziyyətlə əlaqədar dərin narahatlığımı bildirirəm. İnanıram ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin hər bir üzvü mənim hisslərimi bölüşür və münaqişənin tezliklə sülh yolu ilə həllini arzulayır.

Mən münaqişənin həllində müharibəni deyil, diplomatiyanı vasitə kimi görürəm. Atəşkəsin bərpası vacib olan ilk addımdır. İnanıram ki, Siz, cənab Prezident, vəziyyətdən yararlanaraq bu münaqişənin beynəlxalq hüquq, o cümlədən dövlətlərin ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.

Cənab Prezident, dünyanın digər ölkələri kimi, Sizin ölkənizdə də sülh, ərazi bütövlüyü və vətəndaşların həyat təhlükəsizliyi olmalıdır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar.

Cənab Prezident, Sizə dərin ehtiramımı və hörmətimi qəbul etməyinizi xahiş edirəm.”