YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ekvadorun sabiq Prezidenti: Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır

Ekvadorun sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Rosalia Arteaqo Serrano Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Bu günlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində gərginliyin artması nəticəsində həm mülki vətəndaşların, həm də hərbçilərin həlak olması ilə bağlı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığımızı qəbul etməyinizi xahiş edirik.

Biz də beynəlxalq ictimaiyyətə qoşularaq 1994-cü ildə əldə edilmiş atəşkəsin bu yaxınlarda təhlükəli şəkildə pozulması ilə bağlı ciddi narahatlığımızı ifadə edirik. Qoşunların təmas xəttində gərginliyin artması bütün regionun sabitliyi üçün təhdiddir.

İndiki vəziyyətdə bütün mümkün diplomatik kanalları işə salaraq, o cümlədən ATƏT-in və Minsk qrupunun üzvlərinin səylərindən istifadə edərək münaqişənin ədalətli həllinə, Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail olmaq üçün bütün imkanlardan istifadə etmək vacibdir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə birdəfəlik həlli üçün Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bunu beynəlxalq hüququn norma və prinsipləri tələb edir.”