YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YARAT rezident proqramı iştirakçılarının yekun sərgisi açılib

“ARTIM” layihə məkanı YARAT rezident proqramının iştirakçıları - Lük Börton (Böyük Britaniya), Vaciko Çaçxiani (Gürcüstan), Qvantsa Cişkariani (Gürcüstan), Elturan Məmmədov və Zamir Süleymanovun (Azərbaycan) yekun sərgisi açılıb.

Rezidentlər YARAT emalatxanalarında yeni əsərlər yaratmaq və “ARTIM” layihə məkanında fərdi sərgilərini keçirilməsi üçün YARAT Müasir İncəsənət Məkanı tərəfindən dəstəklənib.

Qeyd edək ki, Lük Börtonun “Fəvvarə araşdırmaları üçün çiy layihələr” sərgisi şəhərdə mövcud olan tarixi dekor modelləri tədqiq edir və onların yeni urbanistik mühitdə istifadə olunma yollarını araşdırır.

Vaciko Çaçxianinin “Ən son tutuna biləcəyim – nəzakətli sözlərindir” adlı sərgisi “mövcudluq və yoxluq” ideyası üzərində yaradılmış əsərlərdən ibarətdir.

Qvantsa Cişkariani isə “Saxta mallar” sərgisini təqdim edir. Rəssamın ilham pərisi “kitç” sayağı bəsitliyə gətirilib çıxarılmış kütləvi mədəniyyətdir.

Elturan Məmmədov “Çobanın yuxusunda” Rusiya və Türkiyənin Azərbaycan mədəniyyətinə olan təsirlərini tədqiq edir. Zamir Süleymanovun “Ağır sözlər” sərgisi isə Azərbaycan cəmiyyətinin mühüm və aktual problemlərini əks etdirir.

YARAT rezidentura proqramı müxtəlif sahələr üzrə açıq, tədqiqata əsaslanmış təcrübəyə malik və Qafqaz regionunu kəşf etməkdə maraqlı olan rəssamlar üçün nəzərdə tutulub. Proqram rezidentura iştirakçılarına çoxsaylı rəssamlar, kuratorlar və kolleksiyaçılar ilə dialoq aparmağa, öz işlərini YARAT emalatxanalarında hazırlamağa və “ARTIM” layihə məkanında sərgilənməyə imkan yaradır.

Bir ay davam edəcək sərgi maraqla qarşılanıb.