YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Pekində beynəlxalq turizm sərgisində təmsil olunur

Çinin paytaxtı Pekində Xaricə səyahətlər və turizm sərgisi COTTM-2016 işə başlayıb. Dünyanın 70 ölkəsinin iştirak etdiyi sərgidə Azərbaycan da təmsil olunur.

Bu il 12-ci dəfə təşkil olunan xaricə səyahətlər və turizm sərgisinə ümumilikdə 400-dək turizm, aviasiya və nəqliyyat şirkətləri, mehmanxana şəbəkələri cəlb olunub. Sərginin məqsədi xaricə səfər edən çin turistləri üçün müvafiq xidmətlərin göstərilməsi ilə bağlı işgüzar əlaqələrin yaradılmasıdır. Dünya Turizm Təşkilatının məlumatına əsasən, son 4 ildə xarici ölkələrə turist kimi ən çox səfər edənlərin sayına görə çinlilər birinci yerdədir. Ötən il 120 milyondan çox çinli xaricə turist kimi səfər edib.

Çinin xarici turist potensialını nəzərə alan Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ölkəmizin sərgidə növbəti dəfə təmsil olunmasına qərar verib. Nazirliklə yanaşı, bir neçə turizm şirkəti və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti milli pavilyonda ölkəmizin turizm imkanlarının təbliğini təşkil edib. Sərgidə Azərbaycanın turizm potensialına, tarixi və mədəni abidələrinə, milli mətbəxinə, habelə turizm üçün vacib olan digər məsələlərə dair ingilis və çin dillərində reklam-çap məhsulları nümayiş olunur.