YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniyalı professor: Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və ermənilər tərəfindən işğal olunub

Almaniyanın Ziqen Universitetinin politologiya üzrə mütəxəssisi, professor Rüdiqer Kipke deyib ki, Dağlıq Qarabağ beynəlxalq hüquq normalarına müvafiq olaraq Azərbaycanın tərkib hissəsidir.

O bildirib ki, Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır və Qarabağ xanlığının bir hissəsi olub. XIX əsrdə Çar Rusiyasının hakimiyyəti dövründə buraya İran və Osmanlı dövlətlərindən ermənilər köçürülüb. Rus çarı özünü xristianların hamisi kimi görürdü. Bununla belə, XIX əsrdə azərbaycanlılar burada hələ də üstün tərəf idi, regionun etnik tərkibi I Dünya müharibəsi dövründə ermənilərin xeyrinə dəyişdi. Sovet İttifaqı dövründə nisbətən sakitlik olsa da, sovetlər dağılan ərəfədə və ondan sonra münaqişə baş verdi. Nəticədə Dağlıq Qarabağla yanaşı, ətraf rayonlar da ermənilər tərəfindən işğal olundu. Bu da Azərbaycan ərazisinin 20 faizinin işğalı deməkdir. Azərbaycanlılar bu ərazilərdən tamamilə qovuldular.