YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İndiyədək “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində ARDNF-ə 118,1 milyard dollar vəsait daxil olub

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2001-ci ilin əvvəlindən bu il aprelin 1-dək Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində 118 milyard 146 milyon ABŞ dolları gəlir əldə edib.

ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu ilin yanvar-mart aylarında isə AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 1 milyard 137 milyon dollar vəsait daxil olub.