YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Minsk qrupunun həmsədrləri son hadisələrdən nəticə çıxarmalıdır

«Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ müharibəsi dalğasında Ermənistanda hakimiyyətə gəlmiş separatçı qüvvələr müxtəlif təxribatlara əl atır və günahı Azərbaycanın üstünə yıxmağa çalışırlar. Budəfəki təxribat da əvvəlkilərin davamıdır və indi Ermənistan  beynəlxalq birliyi aldatmağa çalışır». Bu fikirləri Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin komitə sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, işğalçı dövlətin məqsədi mövcud status-kvonu saxlamaqdır. Onu sözlərinə görə, danışıqlar prosesində üstünlüyün Azərbaycanda olması Ermənistanı ciddi narahat edir.

«Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan Ordusu hazırda bölgənin ən güclü ordusudur və bunu dəfələrlə erməni təxribatının qarşısının alınması ilə sübut edib. Nəzərə alsaq ki, BMT-nin nizamnaməsi də bizə öz torpaqlarımızı hərbi yolla azad etmək hüququ verir, o zaman biz torpaqlarımızı azad etmək üçün müharibə edə bilərik. Lakin biz hələlik bunu etmirik, ona görə ki, hörmətli Prezidentimiz dəfələrlə qeyd edib ki, biz məsələni beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll etmək istəyirik. Biz müharibə edib hər iki tərəfdən gənc insanların ölməsini və anaların gözünün yaşlı qalmasını istəmirik. Ermənistanın başabəla rəhbərliyi isə şəxsi mənafeləri üçün bu münaqişənin həllin əmaraqlı deyil. Azərbaycan sülhə sadiq olduğu üçün yenə də atəşkəs rejiminə əməl edir. Amma münaqişənin ədalətli yolla tezliklə həllini istəyir. Hazırda bölgədə səfərdə olan Minsk qrupunun həmsədrləri son hadisələrdən nəticə çıxarmalıdır. Onlar nəhayət ki, işğalçı dövləti öz adı ilə çağırmalı, münaqişənin ədalətli həlli üçün müvafiq addımlar atmalıdırlar»- deyə, E.İbrahimov vurğulayıb.