YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əflatun Amaşov: Mətbuat Şurasının ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir

«Ötən illərlə müqayisədə cəbhədəki durumun yerli KİV-də işıqlandırılmasında müsbət tendensiyalar müşahidə olunmaqdadır». Bu fikri Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, bu məsələdə mənfi meyllər əhəmiyyətli dərəcədə azalıb. Onun sözlərinə görə, şuranın ictimai institut kimi həyata keçirdiyi missiya öz faydasını verir.

«Mətbuat Şurası cəbhəyanı zonalardakı gərginliyin mediada təqdimatı məsələləri ilə bağlı bəyanat yayıb, KİV-ə, internet saytlara, sosial şəbəkə istifadəçilərinə müraciət edib. Bu xüsusda müşahidə edilən müsbət tendensiyaları dolayısı ilə jurnalistikamızın uğuru kimi qiymətləndirmək mümkündür. Eyni zamanda, Mətbuat Şurası Azərbaycana qarşı informasiya təxribatı ilə məşğul olan mətbuat orqanlarını diqqət mərkəzində saxlamaqda davam edir»- deyə, Ə.Amaşov qeyd edib.