YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycanın nüvə təhlükəsizliyi sammitinə dəvət olunması ölkəmizin beynəlxalq müstəvidə oynadığı rola verilən qiymətdir

«Azərbaycan Prezidentinin ABŞ-da keçiriləcək nüvə təhlükəsizliyi sammitinə dəvət olunması böyük əhəmiyyət kəsb edir». Bu fikri Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, ABŞ Prezidentinin Azərbaycan dövlət başçısının bu sammitə dəvət etməsi ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan beynəlxalq səviyyədə terrorizmlə mübarizəyə qətiyyətli dəstək verir.

«Azərbaycan terrordan əziyyət çəkən dövlətdir. Ona görə də, bəşəriyyətə qarşı bu böyük təhlükəni yaxşı başa düşür. Ölkəmiz hər zaman beynəlxalq təhlükəsizliyə öz töhfələrini verir. Azərbaycanın nüvə təhlükəsizliyi sammitinə dəvət olunması ölkəmizin beynəlxalq müstəvidə oynadığı rola verilən qiymətdir»- deyə, A.Quliyev vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv