YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Şarl Mişelə başsalığı verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belçika Krallığının Baş naziri Şarl Mişelə Brüssel şəhərində törədilmiş partlayışlar nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsalığı verdi.

Başsağlığında deyilir: “Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorun bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı mübarizəni hər cür dəstəkləyirik.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Belçika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.”