YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Beynəlxalq Mülki Müdafiə Təşkilatının sessiyalarında Azərbaycan nümayəndələri də iştirak edəcəklər

May ayında Bişkekdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı Baş Məclisinin 24-cü və təşkilatın İcraiyyə Şurasının 49-cu sessiyaları keçiriləcək.

Bu haqda jurnalistlərə Qırğızıstanın fövqəladə hallar naziri Kubatbek Boronov məlumat verib. Bildirilib ki, Azərbaycan da daxil olmaqla, dünyanın 70-dən çox ölkəsindən nümayəndələrin, 30 beynəlxalq qurumun təmsilçilərinin iştirak edəcəkləri tədbirlərdə təşkilatın hesabat dövrü ərzində fəaliyyətinin əsas istiqamətləri, qərarların icrası, təbii fəlakətlər zamanı əhalinin müdafiəsi məsələləri müzakirə ediləcək. Həmçinin təşkilatın ümumi iş planı qəbul olunacaq.

Sessiyalarda dalğıc hazırlığı Mərkəzinin statusu təsdiqlənəcək, bir sıra digər məsələlərə də baxılacaq.