YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı ilə görüşüb

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Latviyanın sabiq birinci xanımı Lilita Zatlere ilə görüşüb.

Birinci xanım Mehriban Əliyeva Latviyanın sabiq birinci xanımı Lilita Zatlereni yenidən Bakıda görməkdən məmnun olduğunu dedi. O, IV Qlobal Bakı Forumunun dünyanı narahat edən bir çox məsələlərin müzakirəsi baxımından mühüm dialoq məkanı olduğunu bildirdi.

Latviyanın sabiq birinci xanımı Lilita Zatlere IV Qlobal Bakı Forumunda müzakirə edilən məsələlərin qlobal təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verəcəyinə əminliyini ifadə etdi.