YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazir Taavi Rıyvas: Estoniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa hazırdır

Estoniya Azərbaycan ilə bütün sahələrdə əməkdaşlığa hazırdır.

Bu fikri Estoniyanın Baş naziri Taavi Rıyvas Azərbaycanın bu ölkədəki səfir Murad Nəcəfbəyli ilə görüşündə bildirib.

Estoniyanın hökumət evi “Stenbock House”da keçirilən görüşdə Baş nazir ölkələrimiz arasında iqtisadi əməkdaşlığın siyasi əlaqələrin mövcud səviyyəsinə yüksələcəyinə əminliyini bildirib.

Azərbaycan səfiri Estoniyanın Baş nazirinə ölkəmizdəki ictimai-siyasi və sosial-iqtisadi vəziyyət, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən nailiyyətlər barədə məlumat verib. O, Azərbaycan rəhbərliyinin qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyini, digər ölkələrlə bu sahədə əməkdaşlığın genişləndirilməsi istiqamətində uğurlu siyasət həyata keçirdiyini deyib.

Estoniyanın Baş naziri Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi barədə də məlumatlandırılıb, Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etməsi, ölkəmizin ərazisinin 20 faizinin işğal olunması və nəticədə bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, eyni zamanda, Ermənistanın münaqişənin sülh yolu ilə həlli üzrə danışıqları imitasiya etməsi barədə faktlar diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan ilə Estoniya arasında siyasi sahədə ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğu qeyd edilib, iqtisadi əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Bu xüsusda, Azərbaycan ilə Estoniya arasında ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin önəmi qeyd edilib. Tərəflər komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə onun yeni tərkibinə xüsusi diqqətin verilməsinin, komissiyada müxtəlif qurumların nümayəndələrinin təmsil olunmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan ilə Estoniya arasında ikitərəfli iqtisadi əlaqələrin böyük potensialı həmin komissiyadan səmərəli platforma qismində uğurla istifadə edilməsinə imkan yaradır.

Söhbət zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edilib, bu səfərlərin münasibətlərin inkişafına təkan verəcəyi bildirilib.

Görüşdə Azərbaycanla Estoniya arasında ikitərəfli əlaqələrlə yanaşı, çoxtərəfli müstəvidə əməkdaşlıq da müzakirə olunub.