YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nigeriyanın keçmiş Prezidenti: Bakıda yeni çağırışların şahidi oluruq

Hər kəsi Bakının gözəlliyini görməyə dəvət edirəm. Ölkənizin bir çox yerlərində olmuşam. Əminliklə deyə bilərəm ki, Azərbaycan gələcəyə doğru sürətli addımlarla irəliləyir. Azərbaycanın inkişafı regionun da çiçəklənməsi ilə müşahidə olunur. Biz Bakıda yeni çağırışların şahidi oluruq. Burada işsizlik, terrorizm, radikalizm kimi dövrümüz üçün önəmli problemləri müzakirə edirik.

Bu sözləri Nigeriyanın sabiq Prezidenti Olusegun Obasanjo jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, Bakıda bu cür önəmli tədbirin keçirilməsinin xüsusi əhəmiyyəti var. Otuz ildən çoxdur fəaliyyət göstərən Qarşılıqlı Fəaliyyət Şurası bu illər ərzində böyük işlər görüb və özünü təsdiqləyib. Məqsəd odur ki, dünyada mövcud problemlərin həllinə öz töhfəmizi verək. Şuranın tərkibində dünyanın nüfuzlu şəxslərinin toplaşması onun önəmini daha da artırır.