YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

A.Karavayev: Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşlarından biridir

Tanınmış rusiyalı politoloq Aleksandr Karavayev Rusiya Federasiyası hökuməti sədrinin müavini Dmitri Roqozinin Bakıya səfərini şərh edib. A.Karavayev deyib: “Azərbaycan Prezidenti İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Rusiya ikitərəfli münasibətlərini “strateji tərəfdaş əlaqələri” kimi dəyərləndirirlər. Əslində, belə bir tərif təkcə keyfiyyətli hökumətlərarası münasibətləri deyil, həm də məmurlar, elita və siyasətçilər arasında etibarlılıq səviyyəsini sübut edir”.

A.Karavayevin sözlərinə görə, İlham Əliyev və Dmitri Roqozin bir-birini çoxdan tanıyır. Hər iki siyasətçi öz ölkələrinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbərləri olub. Həmin dövrdə Rusiya və Azərbaycan tez-tez ümumi mövqedən çıxış ediblər və bu fikir eyniliyi indi də qalmaqdadır. Politoloq deyib: “Öz “Feysbuk” səhifəsində Dmitri Roqozin Prezident İlham Əliyevin fotosunu yerləşdirib, fotonun altında belə bir qeyd var: “Dost Azərbaycanın lideri İlham Əliyevlə pozitiv danışıqların nəticələrinə aid...” Bu sözlərin arxasında nə durur? İlk növbədə, Rusiya tərəfdən həmsədri D.Roqozin olan Hökumətlərarası birgə komissiyanın fəaliyyətinin səmərəliliyi. Azərbaycan və Rusiya üçün əməkdaşlığın başlıca vəzifəsi iqtisadiyyatın şaxələndirilməsidir. Bu, onlara iqtisadi təhlükəsizliyi möhkəmləndirməyə və neft konyunkturasından asılılıqlarını zəiflətməyə imkan verəcək. Azərbaycan MDB məkanında Rusiyanın ən effektiv ticarət tərəfdaşıdır. Təkcə bunu xatırlatmaq kifayətdir ki, Rusiya maşınqayırma məhsullarının Azərbaycana ixracı cəmi bir il ərzində 62 faiz artıb. Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsalçıları da Rusiyanın timsalında nəhəng istehlak bazarı əldə ediblər və Qərb sanksiyalarının zərbəsini zəiflətməkdə rusiyalılara kömək ediblər”.

Politoloqun fikrincə, son ayların səciyyəvi tendensiyası bu olub ki, Rusiya və Azərbaycan sırf ticari sövdələşmələrdən bir-birinin iqtisadiyyatını investisiyalaşdırmaya keçiblər. Ticarət dövriyyəsi həcminin artırılması üçün Azərbaycan biznesmenləri Rusiya ərazisində meyvə-tərəvəz məhsullarının saxlanması üzrə logistik mərkəzlər tikməyə başlayıblar.