YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliyada Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin filialı yaradılacaq

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə İtaliyanın Sandro Teti Nəşriyyat Evi (STNE) arasında multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq tanıdılmasını, bu istiqamətdə müştərək layihələrin icrasını təmin etmək məqsədilə qarşılıqlı əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Mərkəzin icraçı direktoru Azad Məmmədovla STNE-nin rəhbəri, politoloq Sandro Tetinin imzaladığı memoranduma əsasən, İtaliyada BBMM-in Roma filialının yaradılması və fəaliyyətinin təşkili təmin ediləcək.

Memorandum martın 4-də BBMM-in icraçı direktorunun STNE-nin rəhbəri ilə görüşündə imzalanıb. Görüşdə BBMM ilə STNE arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

Anlaşma memorandumunda, həmçinin mənəvi, hüquqi, multikultural və tolerant dəyərlərin təbliği, Azərbaycanın və İtaliyanın milli tarixinin, mədəniyyətinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində birgə tədbirlərin, multikulturalizm, tolerantlıqla bağlı konfranslar, seminarlar, “dəyirmi masa”lar və disputların təşkili məsələləri öz əksini tapıb.

BBMM-in müşaviri Aytən Qəhrəman və Mərkəzin əməkdaşı Nəriman Qasımoğlu da görüşdə iştirak ediblər.