YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Bank sektorunda islahatlarla bağlı təkliflər hazırlanıb

“Azərbaycan Banklar Assosiasiyası bank sektorunda islahatlarla bağlı təkliflər hazırlayıb”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bu təkliflərlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ilə Banklar Assosiasiyası arasında görüş keçiriləcək.

“Görüşdə bankların fəaliyyətinin səmərəliliyinin artırılması, bankların real sektora daha çox kredit ayırması, yüksək kredit faizlərinin aşağı salınması yolları müzakirə ediləcək”- deyə, komitə sədri vurğulayıb.