YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kristovam Buarke: Azərbaycan multikulturalizmi bir model kimi böyük maraq doğurur

Braziliya Milli Konqresi Federal Senatının elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke Azərbaycan multikulturalizminin bir model kimi böyük maraq doğurduğunu, Bakının sivilizasiyaların birləşdiyi bir məkana çevrildiyini bildirib. O, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan multikulturalizmi” fənninin Braziliyada da tədris olunmasının və Mərkəzin filialının bu ölkədə açılmasının önəmini qeyd edib, atılacaq bu addımların xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını vurğulayıb.

BBMM-in mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayevin Kristovam Buarke ilə görüşündə Braziliyanın ölkəmizdəki səfiri Santiaqo Alkazar, deputat Asim Mollazadə, Milli Məclis Aparatının beynəlxalq münasibətlər şöbəsinin böyük məsləhətçisi Lalə Çələbizadə də iştirak ediblər.

Görüşdə Dövlət müşaviri Kamal Abdullayev Azərbaycanda həyat tərzi olan multikulturalizmin dövlət siyasətinin prioritet istiqaməti olduğunu və örnək model kimi Prezident İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə dünyaya ixrac edildiyini vurğulayıb.

Qonaqlara Mərkəzin həyata keçirdiyi mühüm layihələr haqqında ətraflı məlumat verən BBMM-in icraçı direktoru Azad Məmmədov bildirib ki, hazırda Portuqaliyadan İndoneziyayadək dünyanın 13 məşhur universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

BBMM-in müşaviri, professor Aytən Qəhrəman bu yaxınlarda Mərkəzin Almaniyanın Drezden və Portuqaliyanın Lissabon şəhərlərində filial və nümayəndəliklərinin açıldığını, bu il ərzində isə İtaliyada, İsveçdə, Rusiyada, Gürcüstanda, Belçikada və Qazaxıstanda da filial və nümayəndəliklərin açılacağını qonaqların diqqətinə çatdırıb.