YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İtaliya Deputatlar Palatasında Xocalı soyqırımı ilə bağlı çıxış dinlənilib

İtaliya Parlamentinin üzvü Kristina Barcero bu ölkənin Deputatlar Palatasında Xocalı soyqırımı ilə bağlı ilə çıxış edib.

Xocalı soyqırımı barədə məlumat verən deputat Ermənistan-Azərbaycan münaqişəsinin hələ də davam etdiyini, Azərbaycanın suverenliyini dəstəkləyən və Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən çoxsaylı beynəlxalq sənədlərin olmasına baxmayaraq mətbuat və ictimaiyyətin bu hadisəyə susduğunu bildirib.

K.Barcero İtaliya hökumətini beynəlxalq ictimaiyyətlə birgə BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinə əməl olunması üçün tədbirlərin həyata keçirilməsinə çağırıb, müvafiq qətnamələrin münaqişənin sülh yolu ilə həllini və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını nəzərdə tutduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, ötən il İtaliya parlamentinin digər üzvləri Sercio Divina və Maria Rizzotti də Xocalı soyqırımı ilə bağlı çıxış ediblər.