YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Əsas hədəfimiz beynəlxalq müstəvidə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsidir

«Hər il fevralın 26-sı ölkəmizdə Xocalı Soyqırımı Günü kimi qeyd olunur. Bu faciə heç vaxt yaddaşlardan silinməyəcək və inanrırıq ki, xalqımıza qarşı bu qətliamı törədənlər gec-tez layiqli cəzalarını alacaqlar». Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, ermənilərin Xocalıda azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğının soyqırımı aktı olmasını beynəlxalq hüquq normaları da təsdiqləyir. Onun sözlərinə görə, Xocalı qətliamı əslində, erməni təcavüzkarlarının yalnız Azərbaycan xalqına deyil, bəşəriyyətə qarşı ən ağır cinayəti, insanlığa yönəldilmiş qəddarlıq nümunəsidir.

«Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət Ümummilli lider Heydər Əliyev tərəfindən verilib. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımının və ümumilikdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması siyasəti davam edir. Bu siyasət nəticəsində artıq bir sıra dövlətlər, o cümlədən ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımını tanıyıb. Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun da həyata keçirdiyi tədbirlər böyük əhəmiyyət kəsb edir. Xüsusilə Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən «Xocalıya ədalət!» kampaniyası ciddi nəticələr verməkdədir. Bu gün dünyanın bir çox ölkələrində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir. Əsas hədəfimiz beynəlxalq müstəvidə Xocalı soyqırımına hüquqi-siyasi qiymətin verilməsidir»- deyə, S.Fətəliyeva vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv