YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vyanada ATƏT PA-nın 15-ci qış sessiyası işə başlayır

Bu gün Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası işə başlayır.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Sessiyanın rəsmi açılışı Hofburq sarayının konqres mərkəzində olacaq. Açılış iclasında ATƏT-in fəaliyyətdə olan sədri adından Almaniyanın ATƏT yanında daimi nümayəndəsi Qernot Erler, Parlament Assambleyasının prezidenti İlkka Kanerva və Avstriya Milli Şurasının sədri Doris Bures çıxış edəcəklər.

Sessiya çərçivəsində “ATƏT məkanında miqrant və qaçqın böhranı: kollektiv cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda xüsusi debat keçiriləcək.

Hər üç komitənin (siyasi məsələlər və təhlükəsizlik; iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit; demokratiya, insan haqları və humanitar məsələlər) iclasları keçiriləcək. Komitələrin birgə iclası ilə sessiyanın işinə yekun vurulacaq.