YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın

«Azərbaycan iqtisadi sahədə xeyli uğurlar əldə edib. Bu, dövlət səviyyəsində görülən işlərin nəticəsidir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, bununla belə son bir ildə dünya üzrə neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Onun sözlərinə görə, baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur.

«Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən “Azərbaycan Respublikasının 2016-cı ilin dövlət büdcəsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənəddir. Bu sənəd reallıqları əks etdirir»- deyə, komitə sədri vurğulayıb.