YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT PA-nın qış sessiyasının gündəliyində əsas diqqət Avropadakı qaçqın böhranına ayrılacaq

Fevralın 25-26-da Vyanada ATƏT Parlament Assambleyasının (ATƏT PA) 15-ci qış sessiyası keçiriləcək.

Sessiyadakı müzakirə və təqdimatlarda əsas mövzular Avropadakı miqrant və qaçqın böhranı, bu problemin həllində birgə səylər, eləcə də terrorizmə qarşı mübarizə olacaq. Sessiyada Ukraynadakı böhranın da müzakirə ediləcəyi gözlənilir.

ATƏT-ə üzv olan 57 ölkənin 300-dək parlamentarisinin iştirak etdiyi sessiyada Azərbaycanı Milli Məclis sədrinin müavini Bahar Muradovanın rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək.

Sessiya ATƏT parlamentarilərinə qurumun rəsmiləri ilə ATƏT məkanındakı ən son proseslər ətrafında dialoq, həmçinin digər mövzulara dair müzakirə aparmaq və bir sıra məsələləri nəzərdən keçirmək imkanı yaradır. Qış sessiyası, həmçinin qarşıdan gələn illik sessiyada qəbul ediləcək qərar layihələrinin müzakirəsi üçün mühüm platformadır.