YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gürcüstanın energetika naziri yaxın günlərdə Azərbaycana səfər edəcək

Gürcüstanın Baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze fevralın 29-də Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində o, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR), həmçinin neft və qaz beynəlxalq konsorsiumunun nümayəndələri ilə görüşəcək.

K.Kaladze bildirib ki, səfərdən məqsəd “Şahdəniz” yatağından əlavə həcmdə təbii qaz almaq üçün danışıqları davam etdirməkdir. “Biz bu sahədə Azərbaycan tərəfi ilə fəal çalışırıq. Çox nikbinik və danışıqların müsbət nəticələnəcəyini düşünürük”, - deyə Kaladze vurğulayıb.

Gürcüstanın energetika naziri bir neçə gün öncə Vyanada "Qazprom" şirkəti ilə aparılan danışıqlarda heç bir razılığın əldə olunmadığını da bildirib.