YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəmsəddin Hacıyev: Dövlət rəhbərliyinin atdığı addımlar cəmiyyətimiz tərəfindən dəstəklənir

«Məlum olduğu kimi 2016-cı il qlobal müstəvidə çox çətin il kimi proqnozlaşdırılır. Belə bir şəraitdə qarşımızda mühüm vəzifələr dayanır». Bu fikri Milli Məclisin deputatı Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, dünyada müəyyən güclər öz maraqlarını təmin etmək siyasət aparır. Onun sözlərinə görə, neftin qiymətinin bir neçə dəfə aşağı düşməsi də bu siyasətin nəticəsidir.

«Bu vəziyyət ölkəmizin gəlirlərinə təsir edib. Amma dövlət başçısının yeni şəraitə uyğun olaraq həyata keçirdiyi tədbirlər, aparılan islahatlar Azərbaycanın bu böhranın fəsadlarından sığortalanmağa imkan verir. İqtisadiyyatımız yüksək potensiala malikdir və biz bu potensialdan istifadə edirik. Dövlət rəhbərliyinin atdığı addımlar cəmiyyətimiz tərəfindən dəstəklənir. Bir iqtisadçı kimi deyə bilərəm ki, sosial-iqtisadi cəhətdən Azərbaycanı heç bir gərginlik gözləmir. Əminəm ki, bu ilin ikinci yarısından etibarən neftin qiyməti artmağa başlayacaq»- deyə, Ş.Hacıyev vurğulayıb.