YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-İran iqtisadi əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub

İranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev fevralın 21-də bu ölkənin rabitə və informasiya texnologiyaları naziri, Komissiyanın İran tərəfdən həmsədri Mahmud Vaezi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İran arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensial var. İrana qarşı tətbiq olunan sanksiyaların ləğv edilməsi bu potensialı daha da artırıb.

Nazirlər müştərək komissiyanın fəaliyyətindən razı qaldıqlarını və onun əhəmiyyətini diqqətə çatdırıblar.

Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.