YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: İcbari tibbi sığorta sisteminin tətbiqi ən aktual məsələlərdən biridir

«Azərbaycanda səhiyyənin inkişafı daim dövlətin diqqət mərkəzindədir. Bu sahədə görülən tədbirlər, aparılan islahatlar ciddi nəticələr verməkdədir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, son illər səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu sahədə güclü kadr potensialı da mövcuddur.

«Hazırda səhiyyənin inkişafı üçün islahatlar davam edir. Ən aktual məsələlərdən biri  isə icbari tibbi sığortanın tətdiq olunmasıdır.  Artıq hökumət səviyyəsində bu istiqamətdə ciddi tədbirlər həyata keçirilir. Dünyanın bir çox ölkələrində bu sistem tətbiq olunur. Azərbaycan da dünya ölkələrinin mütərəqqi təcrübəsini öyrənərək icbari tibbi sığorta sistemini tətbiq etmək niyyətindədir. Bu yöndə real addımlar atılmaqdadır. Bildiyiniz kimi fevralın 15-də dövlət başçısı  «Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Əsasnaməsinin və strukturunun təsdiq edilməsi haqqında» Fərman imzalayıb. Təbii ki, agentliyin əsasnaməsinin və strukturunun təsdiq edilməsi icbari tibb sığorta sisteminin tətbiq olunması baxımından böyük əhəmiyyət kəsb edir. Çünki artıq bununla da, yeni sistemə keçidi təmin etmək üçün formalaşmış struktur fəaliyyət göstərəcək. Bu da hökumətin səhiyyə sahəsində davamlı olaraq islahatlar həyata keçirməsinin əyani göstəricisidir»- deyə, K.Qafarov vurğulayıb.