YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur

Fevralın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizə səfərə gəlmiş Qazaxıstan Respublikası Baş nazirinin birinci müavini Bakıtjan Saqintayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan ilə Qazaxıstan arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin mövcudluğunu xatırladan Baş nazir Artur Rasizadə birgə iqtisadi, enerji, nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin zəruriliyini vurğulayıb. Baş nazir xüsusən nəqliyyat və energetika istiqamətlərində işbirliyinin genişləndirilməsinin günün tələbi olduğunu nəzərə çatdırıb.

Səfər müddətində Bakıda fəaliyyətdə olan və Ələtdə tikilən yeni dəniz limanlarını gəzərək görülən işlərlə, dəniz nəqliyyatı vasitəsilə ticarət və yüklərin daşınması sahəsində potensial imkanlarla yaxından tanış olduğu barədə məlumat verən Qazaxıstan Baş nazirinin birinci müavini Bakıtjan Saqintayev regionun lider dövlətinə çevrilmiş Azərbaycanla əlaqələrə böyük önəm verildiyini, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da intensivləşdirilməsinin labüdlüyü fikrinə şərik olduğunu bildirib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.