YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Artıq Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ başlanıb

«Artıq Azərbaycanın iqtisadiyyatında, iqtisadi inkişafında yeni mərhələ başlanıb. Bu mərhələdə də əsas məqsəd dünyadakı qlobal iqtisadi böhran şəraitində Azərbaycan iqtisadiyatının davamlılığını, eyni zamanda, keyfiyyətli inkişafı təmin etmək,  milli iqtisadiyyatı, daxili bazarı qorumaq və iqtisadiyyatın neftdən asılılığını azaltmaqdan ibarətdir». Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, xüsusilə, manatın devalvasiyasından, “üzən məzənnə”yə keçilməsindən sonra ölkə iqtisadiyyatının inkişafını təmin etmək məqsədi ilə dövlət, hökumət tərəfindən çox böyük və əhəmiyyətli addımlar atılır. Onun sözlərinə görə, bütün nazirlər, komitə sədrləri, millət vəkilləri regionlarda çoxsaylı görüşlər keçirir, insanların, vətəndaşların təkliflərini dinləyir, eyni zamanda, birmənalı şəkildə bildirirlər ki, ölkə iqtisadiyatının inkişafının dayanıqlılığını təmin etmək üçün geniş iqtisadi imkanlar var.

«Bu imkanların da hərəkətə gətirilməsi üçün hökumət tərəfindən addımlar atılır. 

Bütün bunlar da öz növbəsində imkan verir ki,Azərbaycan dünyadakı qlobal maliyyə-iqtisadi böhran və onun ölkəmizə müəyyən təsirlərinə baxmayaraq, bu prosesdən yenə üzüağ və uğurla çıxa biləcək»- deyə, Z.Səmədzadə vurğulayıb.