YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Ötən il Azərbaycanda 59 əmək yarmarkası keçirilib

Ötən il Azərbaycanda 59 əmək yarmarkası keçirilib.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə müsahibəsində deyib. Onun sözlərinə görə, bu yarmarkalarda xeyli sayda insan yeni iş yerləri ilə təmin olunub.

Nazir deyib ki, 59 mindən çox insan bu əmək yarmarkalarına müraciət edib. Onların 29 mini Məşğulluq Xidmətinin göndərişləri əsasında işlə təmin olunub. Bu il də həmin proses davam etdiriləcək. Həm iş yerlərini itirmiş insanlar, həm də işsizlər əmək yarmarkalarına müraciət etməklə yeni iş yerləri ilə təmin oluna bilərlər.

Bildirib ki, Azərbaycan işsizliklə mübarizədə Almaniya praktikasını öyrənir. Hazırda bütün dünyada Almaniyanın dual hazırlıq sistemi tətbiq olunur. Belə ki, müxtəlif şirkətlər tərəfindən 15-16 yaşında olan gənclər müəyyən işlərə cəlb olunurlar. Başqa sözlə, onlar həm tədris alırlar, həm də müəssisələrdə işləyirlər və 20-30 faiz əməkhaqqı almaqla yanaşı həm də praktiki vərdişlərə yiyələnirlər. Bundan sonra, 18 yaşında onlar əmək bazarlarının tələblərinə uyğun şəkildə çıxa bilirlər. Nazirin sözlərinə görə, bu sistem nazirlik tərəfindən ciddi öyrənilir. Qeyd edib ki, Azərbaycanda belə sistemin tətbiqi üçün proseslərə başlamaq lazımdır.

S. Müslümov bildirib ki, bu sistemin tətbiqi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan hökumətindən asılı deyil. Biznes strukturları və şirkətlər də bu məsələdə aktivlik göstərməlidirlər.