YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Azərbaycan vətəndaşları öz Prezidentinin yanındadır və dövlət başçısının qəbul etdiyi qərarları dəstəkləyir

«Dünyada baş verən siyasi qarşıdurmaların və siyasi rəqabətin nəticəsi olaraq 2015-ci ildə dünyanın iqtisadi tarazlığında ən mühüm komponentlərdən biri kimi çıxış edən enerji daşıyıcılarının qiymətində çox ciddi, radikal dəyişikliklər baş verdi. Dünya iqtisadiyyatı tarixində, bəlkə də, birinci dəfə idi ki, siyasi qərarlar iqtisadi sektorun fəaliyyətinə bu qədər ciddi təsir göstərirdi. Bu isə özlüyündə yeni iqtisadi şərtlər ortaya qoydu, iqtisadiyyatı neftlə əlaqəli olan ölkələrdə pul-maliyyə sektoruna da ciddi zərbə vurdu». Bu fikirləri Milli Məclisin deputatı, «Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, 2008-ci ildən dünyada, Avropada  başlayan böhran indi Azərbaycan iqtisadliyyatına müəyyən təsir göstərir. Onun sözlərinə görə, yaranmış şərait Azərbaycan iqtisadiyyatının rəqabət və müqavimətqabiliyyətli olduğunu sübuta yetirdi.

 «Bir daha aşkar oldu ki, milli resursları səfərbər etməklə yeni iqtisadi münasibətlərin daha effektiv və keyfiyyətli şəkildə təşkil olunması üçün şərait var. O da bəlli oldu ki, Azərbaycan vətəndaşları öz Prezidentinin yanındadır və dövlət başçısının qəbul etdiyi qərarları dəstəkləyir. Faktlara diqqət yetirsək, görərik ki, Azərbaycanla müqayisədə MDB məkanında neft ölkələrinin milli valyutası bir neçə dəfə devalvasiyaya uğrayıb. Təbii ki, yaranmış vəziyyət qeyri-iqtisadi faktorlarla bağlıdır. Doğrudan da, ənənəvi olaraq tarix boyu siyasət iqtisadi maraqların arxasınca gedib. Elə bu gün də belədir. Ancaq kiçik bir fərqlə. Hazırki mərhələdə müyyən beynəlxalq qüvvələr siyasi-hərbi qərarlar qəbul edərək faktiki olaraq xalqların, ölkələrin milli sərvətlərini talan edir. Ancaq bu tendensiya uzunmüddətli ola bilməz. Çünki inkişafın və rəqabətin məntiqinə ziddir. Ona görə də yaxın və orta perspektivdə yeni real iqtisadi-siyasi münasibətlərin formalaşması bir zərurət kimi ortaya çıxacaq»- deyə, H.Babaoğlu vurğulayıb.