YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşündə aktual məsələlər müzakirə olunub

Yanvarın 28-də Romada keçirilən IV Qlobal Bakı Forumuna yüksək səviyyəli hazırlıq görüşü başa çatıb. İtaliyanın Beynəlxalq Təşkilatlar üzrə Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və dünyanın bır sıra nüfuzlu liderlərini bir araya gətirən tədbir “Dinlərarası dialoq vasitəsilə radikallaşma və ekstremizmə cavab” mövzusuna həsr olunub.

Tədbirin ikinci günündə “Qarşılıqlı bağlılıq və mənəviyyat üçün qlobal axtarış. Cəmiyyət nə axtarır və dövlətin rolu nədir?”, “Balans: Gənclərin radikalizmin və ekstremizmin yayılmasında rolu”, “Biz vahidik: Bütün dinlərin liderlərinin dünyada sülhü bərqərar etmək istiqamətində bəyanatları” mövzularında panel iclaslar keçirilib. İclaslarda qarşılıqlı bağlılığın dini etiqada olan ehtiyaca təsiri, bu anlayışın dini icmaların birləşməsinə, həmrəy hərəkət etməsinə imkan yaratması, hökumətlərin bu cür cəhdləri dəstəkləməsi və yaxud da qarşısını alması kimi məsələlər müzakirə olunub. Eyni zamanda, dünyaya müsbət mesajların çatdırılmasında yeni texnologiyaların və sosial medianın istifadəsi, qadınların dünyada tolerantlığın daha geniş yayılması və sülhün bərqərar olunması istiqamətində dinlərarası dialoqa cəlb edilməsinin vacibliyi, dini pərdə altında formalaşan terrorizmin əsas qurbanlarının gənclər olması, hökumətlərin gənclər arasında ekstremizmin və radikalizmin yayılmasının qarşısının alınması istiqamətində səyləri diqqət mərkəzində olub.

Daha sonra tədbir iştirakçıları Romanın məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini ziyarət ediblər.