YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elşad Nəsirov: Neftin qiyməti çox fərqli faktorlardan asılıdır

«Azərbaycanda neft sənayesi digər ölkələrdən əvvəl qurulub. Neft və qazla bağlı olan bütün fəaliyyət ölkə iqtisadiyyatının əsasını təşkil edir». Bu fikirləri ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov deyib.

E.Nəsirov bildirib ki, neftin qiymətinin enib-qalxması hər zaman baş verib.

«Əminik ki, neftin qiyməti yenə qalxacaq. Neftin qiyməti çox fərqli faktorlardan asılıdır, bu isə qiymət inkişafının proqnozlaşdırılmasını olduqca çətinləşdirir. Əlbəttə ki, iqtisadi məsələlər müəyyən rol oynayır, ölkələrarası münasibətləri tənzimləyən siyasi amillərin də təsiri var. Neftin qiyməti 20 dollara düşə bilər, lakin bu qiymət uzun müddət qalmaz. Çünki neft sahəsinə yatırılan investisiyanın azaldılması hiss olunacaq»- deyə, E.Nəsirov vurğulayıb.