YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Həmsədrlər işğalçı Ermənistan qədər narahatlıq keçirirlər

«ATƏT-in Minsk qurupu həmsədrlərinin son bəyanatı onların əsl mahiyyətini bir daha ortaya qoydu». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, AŞPA-da Ermənistanın Azərbaycana qarşı təcavüzününün nəticələrini  özündə ehtiva edən iki məruzənin müzakirəyə çıxarılması həmsədrləri ciddi narahat edir. Onun fikrincə, bu məsələdə həmsədrlər işğalçı Ermənistan qədər narahatlıq keçirirlər.

«Onların bəyanatlarının tonu da bunu təsdiqləyir. Minsk qrupunun həmsədrlərinə heç kim Dağlıq Qarabağ münaqişəsinin həllini monopoliyaya almağa ixtiyar verməyib. Əgər onlar həqiqətən də münaqişənin ədalətli həllinin tərəfdarsa, işğalçı Ermənistana qarşı təzyiqlər göstərsinlər. Amma onlar bunu istəmirlər. Həmsədrlər sanki Ermənistanın himayədarları rolundaçıxış edirlər. Bütün bunlara baxmayaraq, Azərbaycan Ermənistanın işğalçı siyasətinin beynəlxalq miqyasda ifşa edilməsi yönündə tədbirlərini davam etdirəcək»- deyə, E.Məmmədov qeyd edib.