YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sualtı vulkan dağı ilə toqquşan hidrolokasiya qayığı batıb

“The Guardian” nəşrinin yazdığına görə, Malayziyaya məxsus itkin düşmüş MH370 sərnişin təyyarəsini axtaran gəmi Hind okeanında sualtı vulkan dağı ilə toqquşduqdan sonra suya qərq olub.

Axtarışı həyata keçirən agentliyin məlumatına əsasən, 2200 metr hündürlüyü olan palçıq vulkanı ilə toqquşma radar nəqliyyatını gəmidən ayıraraq okeanın dibinə qərq edib.

Xatırladaq ki, Hind okeanına düşdüyü güman edilən MH370 reys təyyarəsi 2014-cü ilin martında göyərtəsindəki 239 nəfərlə birlikdə radarlardan itib. Təyyarənin axtarışları 18 aydır ki davam etdirilir.