YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarlı hava ABŞ-ın şərq ştatlarında həyatı iflic edib

“CNN”in məumatına əsasən, qarlı-şaxtalı hava ABŞ-ın şərq sahilləri boyunca avtomobil və qatar yollarını bağlayıb. Qar yağıntısının dayanmasına baxmayaraq, şaxtalı hava yolların buz bağlamasına səbəb olub.

Yolların sürüşkən olması ilə əlaqədar olaraq paytaxt Vaşinqton şəhərinin meri insanları nəqliyyatdan istifadə etməməyə çağırıb. Baltimor şəhərinin meri isə mövcud vəziyyəti “tarixi qar hadisəsi” adlandıraraq küçələrdəki qar təmizlənənədək sakinləri səbrli olmağa səsləyib. Fırtınalı hava Lonq Aylənd adasında bəzi dəmiryol xətlərini sıradan çıxarıb.

Bütövlükdə, qar fırtınası ən azı 15 nəfərin ölümünə, bir çox iri şəhərlərdə minlərlə uçuşun ləğvinə və ya təxirə salınmasına, paytaxt ərazisindəki federal hökumət ofislərinin müvəqqəti bağlanmasına səbəb olub. Nyu Cersi ştatının sahil zonaları isə su altında qalıb.