YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftin qiymətində canlanma Asiya birjalarında da artıma səbəb oldu

“Associated Press”in məlumatına görə, neftin qiymətinin son 12 illik minimuma endikdən sonra bir qədər yüksəlməsi Asiya birjalarına da müsbət təsir göstərib.

Son üç həftə ərzində dünya bazarlarındakı enişdən sonra bazar ertəsi Avropada və Yaponiyada müsbət dinamika qeydə alınıb. Belə ki, Yaponiyanın Nikkei 225 indeksi 1,4 faiz, Honq Konqun Hanq Senq indeksi 1,9 faiz, Şanxay Kompozit indeksi 1,2 faiz, və Avstraliyanın S&P/ASX 200 indeksi 1,5 faiz yüksəlib. Koreya, Tayvan, Yeni Zelandiya və Cənub-Şərqi Asiya indekslərində də artım qeydə alınıb.

Ümumilikdə, son günlərdə neftin qiymətinin 2-3 faiz artaraq 32 dollara yüksəlməsi birjalarda canlanmaya və dolların bir qədər ucuzlaşmasına səbəb olub.