YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Adil Əliyev: Türkiyəni terror yolu ilə zəiflətmək istəyən qüvvələr istəklərinə nail ola bilməyəcəklər

«İstanbulun Sultanəhməd meydanında törədilmiş partlayış bizi dərindən sarsıdıb. XXI əsrdə belə bir dəhşətli olayın baş verməsinə yalnız üzülmək olar».  Bu fikirləri Milli Məclisin deputatı  Adil Əliyev deyib.

A.Əliyev bildirib ki, qardaş Türkiyəni terror yolu ilə zəiflətmək istəyən qüvvələr heç bir istəklərinə nail ola bilməyəcəklər. Onun sözlərinə görə, terrorun nə milləti, nə də vətəni olur.

«Türkiyə böyük dövlətdir. Ona görə də onun dünyada güclənməsini, yerini və rolunu möhkəmlətməsini istəməyən qüvvələr çoxdur. Bu qüvvələr belə dəhşətli hadisələrlə Türkiyədə vəziyyəti qarışdırmağa çalışırlar. Biz dövlət olaraq, millət olaraq hər zaman qardaş Türkiyəmizin yanındayıq»- deyə, A.Əliyev vurğulayıb.