YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aydın Mirzəzadə: Nəzərdə tutulan tədbirlər aztəminatlı adiələlərin problemlərinin həllinə ciddi dəstək olacaq

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti İlham Əliyevin çıxışı bir daha göstərir ki, manatın devalvasiyasından sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur. Bu fikri YAP-ın Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirzəzadə bildirib ki, artıq devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir. Onun sözlərinə görə, ilk növbədə pensiyaların və əmək haqqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması Prezident tərəfindən hökumət qarşısında bir nömrəli məsələ kim qoyuldu.

 «Ona görə hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq. Buna heç kimin şübhəsi olmasın»- deyə, A.Mirzəzadə vurğulayıb.