YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kayseridə Türkiyə-Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək

2016-cı il fevralın 19-da Kayseridə Türkiyə-Azərbaycan-Gürcüstan İqtisadi Sammiti keçiriləcək.

Bu barədə Türkiyənin iqtisadiyyat naziri Mustafa Elitaş məlumat verib.

"500 iş adamının qatılacağı Sammitdə üçtərəfli əməkdaşlığın perspektivləri müzakirə olunacaq. Eyni zamanda, tədbir çərçivəsində həm Türkiyənin, həm də Kayserinin qış idman növləri üzrə turizm mərkəzi sayılan Ərciyəsin təqdimatı baş tutacaq", - deyə nazir diqqətə çatdırıb.