YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cari ildə dəmir yolu nəqliyyatı ilə 15,7 milyon ton yük daşınıb

Cari ilin yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 15,7 milyon ton yük, 1,7 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 21,6 faiz və 25,6 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 405 vaqon yüklənib, 447 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 16,5 min ton, qərb istiqaməti üzrə 4,7 min ton, cənub istiqaməti üzrə isə 2 min ton yüklənmə işi yerinə yetirilib.