Xəbərlər
Hacıqabul rayonunda məhəllə görüşləri keçirilib
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Hacıqabul rayonu Hacıqabul və Qarasu bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə qapı-qapı və məhəll’ görüşləri davam etdirilib.
Hacıqabul rayonu Hacıqabul bələdiyyəsi üzrə partiya namizədləri Sahil Şükürov, Nemət Babayev, Qarasu bələdiyyəsi üzrə namizədlər Elşad Abdullayev və Qardaş Lazımov fərdi qaydada rayon sakinlərini ziyarət edib, evlərdə və məhəllələrdə seçicilərlə görüşlər keçiriblər. Görüşlərdə YAP-ın bələdiyyə seçkiləri ilə əlaqədar seçki kampaniyasının əsasları, partiyanın seçki proqramı diqqətə çatdırılıb, seçiciləri seçki günündə mütəşəkkil qaydada seçkilərdə iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməyə dəvət ediliblər.
Seçicilər də bələdiyyə seçkilərində YAP-ın namizədlərinə səs verəcələrini vurğulayıblar.