YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Sabahın hədəflərinə səs verək!

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Səbail rayonu Səbail və Badamdar bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

Görüşdə giriş sözü ilə çıxış edən YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyanın sıralarının getdikcə daha da artmaqda olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bu, Prezidentə və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiram bariz göstəricisidir.

YAP-ın ölkəmiz üçün çox vacib bir dönəmdə yaranmasından bəhs edən bələdiyyə üzvlüyünə namizədlər Təzəxan Məmmədov, Nurel Kərimov, Xədicə Həsənova, Hacı Əliyev və Validə Cəfərova Yeni Azərbaycan Partiyasının cənab İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazda ən böyük siyasi təşkilata çevrildiyini diqqətə çatdırıblar.

Çıxış edənlər seçiciləri bələdiyyə seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədlərə səs verməyə səsləyiblər.