YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir”

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Şərur rayonu Dizə bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Şərur rayon təşkilatının məsləhətçisi Adil Əhmədov çıxış edərək seçicilərə namizədlər haqqında geniş məlumat verib. O bildirib ki, qarşıya qoyduğu bütün məqsədləri reallığa çevirən Yeni Azərbaycan Partiyası gələcək yeni hədəflərə doğru inamlı addımlarla irəliləyir.

Təşviqat qrupunun üzvləri Əli İsmayılov və Musa Quliyev, bələdiyyə üzvlüyünə namizədlər Yeganə Məmmədova, Mirabbas Eminov, Rəbbil Səfərov Prezident İlham Əliyevin tapşırığı ilə bu gün ölkənin hər bir bölgəsində işlər həyata keçirildiyini, atılan addımların vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına xidmət etdiyini qeyd ediblər. “Davamlı uğurlar gələcək inkişafımızın möhkəm təməlidir”, - deyə çıxışlarda vurğulanıb.

Çıxış edənlər bütün seçiciləri bu seçkilərdə fəal iştirak etməyə və layiqli namizədlərə səs verməyə çağırıblar.