Xəbərlər
YAP növbəti dəfə qələbə qazanacaq
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Daşkəsən rayonunun Qaraqullar və Quşçu bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Seçicilərlə məhəlli görüşlər keçirən Qaraqullar bələdiyyəsi üzrə namizədlər Vasif Mustafayev, Elxan Məhərrəmov, Aişə Hacızadə və Quşçu bələdiyyəsi üzrə namizəd Tapdıq Məmmədov çıxışlarında YAP-ın uğurlu və şərəfli fəaliyyətindən, yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən və gələcək inkişaf perspektivlərindən geniş söhbət açıblar.
Onlar YAP-ın seçki proqramı haqqında geniş məlumat verərək seçiciləri partiyanın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Asif Məmmədov, Etibar Nəcəfov, Almirzə Məhərrəmova, Qaşqay Verdiyev və Mübariz Məmmədov yanvarın 29-da seçki məntəqələrinə gələrək YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər.