YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP üzvləri bələdiyyələrin işində fəallıq göstərir

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağcabədi rayonu Qaradolaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov müstəqillik illərində həyatın bütün sahələrində böyük uğurlar qazanan Azərbaycan siyasətinin konseptual, ardıcıl və çevik səciyyə daşıdığını, ölkəmizdə qəbul edilən qərarların məqsədyönlü olduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, atılan hər bir addımın arxasında çox böyük məqsədlər dayandığını qeyd edib.

Təşkilat sədri deyib ki, cəmiyyətimizin bələdiyyələrə münasibətinin müsbət mənada dəyişməsində dövlətimiz böyük işlər görür.

Tədbirdə çıxış edən bələdiyyə üzvlüyünə namizədlər Nərmin Qasımova, Neməddin Əliyev, Rüstəm Namazov və digərləri yeni formalaşacaq bələdiyyələrdə  Yeni Azərbaycan Partiyasının üzvü kimi əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılmasına çalışacaqlarını və seçicilərin etimadını doğruldacaqlarını ifadə ediblər.

Seçicilər ölkəmizin uğurlu inkişafının aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərini bildiriblər.

Qeyd edək ki, YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov Qaradolaq bələdiyyəsi üzrə ayrı-ayrı ərazilərdə də seçicilərlə görüşlər keçirib.