Xəbərlər
İntiqam Babayev: Bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb
«Bu gün bütün sahələrdə olduğu kimi, gənclərlə iş sahəsində də Azərbaycan böyük uğurlara imza atıb». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
İ.Babayev bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı şəraitində və ölkəmizin beynəlxalq nüfuzunun gücləndiyi dövrdə cəmiyyətdə gənclərin rolu artmaqdadır”. Onun sözlərinə görə, Azərbaycan əhalisinin böyük bir hissəsinin gənclərdən ibarət olması gənclər siyasətini prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirir.
«Bu istiqamətdə bir sıra dövlət proqramları həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilib. İndiyədək yüzlərlə gənc bu proqramdan yararlanıb. Azərbaycan gəncliyi ölkəmizi xaricdə də layiqincə təmsil edir. Xaricdə təhsil alan hər bir gəncimiz əsl mütəxəssis olmalı, qazandığı bilikləri Azərbaycanın inkişafı naminə istifadə etməlidir» - deyə nazir müavini vurğulayıb.