YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: “Milli mətbəx mədəniyyəti haqqında” qanun layihəsi artıq hazırdır

«“Milli mətbəx mədəniyyəti haqqında” Azərbaycan Respublikasının qanunu layihəsi artıq hazırdır və həmin sənəd üzvü olduğum Mədəniyyət komitəsinə hələ ötən sessiyada təqdim olunub. Bu yaxınlarda komitəmizin payız sessiyasının ilk iclasında layihə iş planına daxil edilib». Bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, mədəniyyətin ayrı-ayrı sahələri olan xalçaçılıq, muğam, folklor nümunələri haqqında fərdi-sahəvi qanunlar mövcuddur. Onun sözlərinə görə, bu gün mətbəx nümunələri Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi kimi qanunvericiliyə əsasən qorunmaqda və təbliğ olunmaqdadır. 

«Bu qanunun məqsədi Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan milli mətbəx mədəniyyətinin qorunub-saxlanılması, öyrənilməsi, təbliği və inkişaf etdirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləməkdir. Bundan başqa, qanun Azərbaycanın tarixi ərazisində tarixən və hazırda formalaşmış milli mətbəx mədəniyyətinə şamil edilir. Eyni zamanda, qanuna görə, milli mətbəx nümunələrinin Mədəni İrs Nümunələrinə aid edilməsi pasportlaşma qaydası ilə və dövlət reyestrində qeydiyyat vasitəsi ilə həyata keçirilir. Sənəddə milli mətbəxin təbliğini təmin edən tədbirlərin görülməsi, müvafiq sahədə peşəkar kadrların hazırlanması və sair də nəzərdə tutulur»-deyə, L.Abdullayeva qeyd edib.

DİGƏR Xəbərlər Arxiv