Xəbərlər
YAP Gənclər Birliyi və Konrad Adenauer Fondunun birgə təşkil etdiyi “ Bakı ətrafı bölgələrdə qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsi keçirilib
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi və Konrad Adenauer Fondunun birgə təşkil etdiyi “ Bakı ətrafı bölgələrdə qadınların sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” layihəsi keçirilib.
Layihə çərçivəsində 30 qadın iştirakçı fərdi sahibkarlıq üzrə ekpert-trainer tərəfindən 1 günlük təlim keçirilib. Layihənin davamı olaraq, avqust ayının 18-i, 2014-cü il tarixində Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarliğa Kömək Milli Fonduna Təhsil turu təşkil ediləcəkdir.
Qeyd edək ki, Almaniyanın Konrad Adenauer Fondunun 19-23 yanvar tarixlərində gənc siyasətçilər üçün təşkil etdiyi "Qış məktəbi"ndə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəallarının təqdim etdikləri bu layihə Azərbaycan, Gürcüstan və Ermənistanı təmsil edən 5 siyasi partiyanın təqdim etdikləri layihələr arasında qalib olmuşdu.