YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Gənclər Təşkilatlarının II Milli Konqresi keçiriləcək

25 noyabrda Azərbaycan Gənclər Təşkilatlarının II Milli Konqresi keçiriləcək. Tədbirdə iştirak üçün 200-dən çox gənclər təşkilatının nümayəndəsi qeydiyyatdan keçib. Gənclər təşkilatlarının nümayəndələri təşkilatçılar tərəfindən təsdiq cavabı aldıqdan sonra rəsmi olaraq Konqresin iştirakçısı olmaq hüququ əldə edəcəklər.

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə gənclər təşkilatlarının rəhbərləri ilə yanaşı, dövlət rəsmiləri, Avropa Şurasının yüksək dərəcəli nümayəndələri və mətbuat nümayəndələri iştirak edəcək.

Tədbir zamanı dövlət rəsmiləri və beynəlxalq təşkilatların yüksək dərəcəli rəsmilərinin Gənclər Təşkilatları Milli Şurasının 20-ci il dönümü münasibəti ilə təbrik nitqləri dinləniləcək. Gənclər Təşkilatları Milli Şurası tərəfindən təltifolunma mərasimi həyata keçiriləcək. Daha sonra Gənclər Təşkilatlarının II Milli Konqresi çərçivəsində “Azərbaycanın Gənclər Siyasəti: Müasir Çağırışlar və Davamlı İnkişaf” mövzusunda Davos formatında müzakirələr baş tutacaq.